Fransa Liqa 1-də 35-ci tura start verilib.

Unikal.org xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək. Açılış oyununda “Marsel” “Strasburq”la üz-üzə gəlib. Marsel təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

Şənbə günü dörd görüş baş tutub. “Bordo” doğma meydanda “Anje”yə, “Reyms” “Nim”ə məğlub olub. “Genqam” – “Kan” matçında hesab açılmayıb. Çempionluğunu rəsmiləşdirən PSJ də “Nitsa” ilə ev oyununda heç-heçəyə razılaşıb.

“Lion” bu turda “Lill”i, “Monako” isə “Sent-Etyen”i qəbul edəcək.

Fransa Liqa 1, 35-ci tur

3 may

Strasburq – Marsel 1:1
Qol
: Lala, 65 – Jerman, 47.

4 may

PSJ – Nitsa 1:1
Qol
: Neymar, 60-pen – Qanaqo, 46.

Bordo – Anje 0:1
Qol
: Bahoken, 40.

Genqam – Kan 0:0

Reyms – Nim 0:3
Qol
: Ferri, 26. Ripar, 43. Bonaqa, 46.

5 may

17:00 Monpelye – Amyen
17:00 Nant – Dijon
17:00 Tuluza – Renn
19:00 Monako – Sent-Etyen
23:00 Lion – Lill