Sabirabad rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Alayan-Şirvan yolunda, Xankeçən kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayon sakinləri: - 1984-cü il təvəllüdlü Fərzəliyev Saməddin İbrahim oğlu, 1964-cü il Əhmədova Xatirə Aslan qızı və 1968-ci il təvəllüdlü Əhmədova Sevda Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. S.Fərzəliyev xəstəxanada dünyasını dəyişib. Digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib.

Digər  qəza isə  Biləsuvar rayonunda olub.

 Hadisə yeni Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində Biləsuvar rayonu ərazisində baş verib.

"Hyundai" markalı minik avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hər iki meyit Salyandakı morqa gətirilib. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.