Bu gün Bakının Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda "İsuzu" markalı xətt avtobusunun "Qazel" markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Pərviz Abubəkirovun verdiyi məlumata görə, qəzada xəsarət alan 3 qadın və 3 kişi 3 № li Şəhər Klinik Xəstəxana yerləşdirilib.

Xəsarət alanlardan 2-nin durumu ağır, 4-nün durumu orta-ağırdır.