Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib.

Belə ki, 27 yaşlı İlqar Həmzəyev bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. İ. Həmzəyev əməliyyat olunub, vəziyyəti kafidir.

Hadisə hansı səbəbdən baş verdiyi  məlum deyil. Cinayəti törədən şəxs və ya şəxslərinin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

Faktla bağlı araşdırma aparılır.