Əfqanıstanda törədilən partlayış nəticəsində 8 nəfər həlak olub.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Baqlan əyalətində polis məntəqəsinin yaxınlığında törədilib.

Məlumata görə, partlayış nəticəsində 2-si polis əməkdaşı olmaqla 8 nəfər həlak olub, 55 nəfər isə yaralanıb.

İnsidentin təfərrüatları və yaralıların vəziyyəti barədə məlumat verilmir.