Moskvanın Şeremetyevo hava limanında baş vermiş qəzada nəticəsində zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır. 

Bu barədə Unikal.org-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri  Leyla Abdullayeva bildirib. O vurğulayıb ki, hələlik  qəza nəticəsində ölənlər və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.

Hazırda Azərbaycanın səfirliyi bu məsələ ilə bağlı Rusiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır. 

Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. Nəticədə təyyarədə olan 78 nəfər sərnişindən 41 nəfəri dünyasın dəyişib.