“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu ilin I rübündə 718 310 nəfər sərnişin daşıyıb. 

Unikal.org quruma istinadən xəbər verir ki, bunun 458 671 nəfəri şəhərətrafı, 224 222 nəfərə ölkədaxili, 35,417 nəfəri isə beynəlxalq istiqamətdə daşınıb. 

Bundan başqa, hesabat dövründə ADY 3 540,8 min ton daşıyıb. Bunun 1 820,5 min tonunu beynəlxalq, 939,1 min tonunu tranzit daşımalar, 781,2 min tonunu isə daxili daşımalar təşkil edib. 

Üç ay ərzində yükdaşımaya gündə orta hesabla 5,3 qatar, 10 271 konteyner, 5 922 nəfər işçi cəlb edilib.