Bakıda mənzildən 69 yaşlı kişinin meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Vladimir Vorobyovun meyitini aidiyyəti üzrə təhvil veriblər.