“Barselona”nın futbolçusu Lionel Messi növbəti mövsümdə Kataloniya təmsilçisinin heyətində görmək istədiyi futbolçuların adlarını açıqlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Messi, klub rəhbərliyindən bir neçə mövqeyə yeni futbolçuların alınmasını istəyib.

Argentinalı hücumçu, qapıçı və müdafiəçi mövqeyinə “Ayaks”dan futbolçu istəyib. O, qolkiper Andre Onananın və müdafiəçi Matteys de Liqtin “Barselona”ya gətirilməsinin tərəfdarıdır.Bir müddət əvvəl “Barselona” “Ayaks”dan Frenki de Yonqu da heyətinə qatıb.

Messi hücum xətti üçün isə iki namizəd irəli sürüb. Bunlar “Ayntraxt”dan Luka Yoviç və PSV-dən İrvinq Lozanodur.