"Bu, bir yuxu idi. Heç vaxt həbsə düşəcəyimə inanmırdım. Kənardan bura qəribə baxırdım. Həyatda heç kim nə ölümdən, nə də həbsxanadan siğortalanmayıb".

Unikal.org xəbər verir ki, bu sözləri bir neçə dəqiqə əvvəl azadlığa çıxan prodüser Təranə Səmədova lent.az-a açıqlamasında deyib.

Təranə Səmədovanın sözlərinə görə, danışacağı sözlər həddən çoxdur: 

"Həbs həyatı mənə müəyyən vaxtlarda susmağı öyrətdi. Mən heç kimin pis gününə sevinməmişəm. Həyatda hər kəsin bir alın yazısı var. Kimləri gözləyirdimsə, onlar bu gün məni qarşılamağa gəlmişdi".