Latviyanın Adaji hərbi bazasında mina partlayıb.

Unikal.org-un məlumatına görə, partlayış nəticəsində bir NATO hərbçisi həlak olub, daha iki hərbçi isə yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, həlak olan hərbçi albaniyalı qadın baş leytenant olub.

Hadisə ilə bağlı araşdırma aparılır.