“Səbail” klubunun oyunçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunda zədəli halda oynayıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan millisinin də formasını geyinən forvard bu barədə "facebook"da yazıb: 
“Qarabağ”la qarşılaşmanın başlanmasına 5 dəqiqə qalmış təsadüfən paltardəyişmə otağında yıxıldım. Buna görə 90 dəqiqə qırıq əllə oynadım. Əlimdə çat var və artıq gips qoyulub. Bütün bunları ona görə yazıram ki, Ramazan ayı gəlib və istənilən vəziyyətdə Allaha minnətdaram. Deməli, hər bir işdə xeyir var və Allah məni sınayır. Hamının Ramazan bayramı mübarək!”

Hətta buna görə qarşılaşmadan sonra 28 yaşlı forvardın qoluna gips də qoyulub

Qeyd edək ki, Qurbanov debüt mövsümünü keçirdiyi "Səbail"də sona 1 tur qalmış bürünc medalçı olub.  "Səbail"  klubu "Qarabağ"a 0:4 hesabla məğlub olub.