AK Partiya İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına namizədi Binali Yıldırım Yüksək Seçim Qurumunun İstanbul seçkilərini ləğv etməsindən sonra sosial şəbəkə vasitəsi ilə açıqlama verib 

Unikal.org xəbər verir ki, Binali Yıldırım  istanbullulara ən yaxşı şəkildə xidmət etmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: 

"Seçkilərin təkrar keçirilməsi eyni seçki vərəqələri ilə eyni namizədlərin seçkilərə qatılması anlamına gəlir. Biz bu yola İstanbula xidmət etmək üçün başladıq. İnşallah bu qərarımız yenilənən seçkilərdə də davam edəcək. Təkrar keçiriləcək seçkilər İstanbul və istanbullular üçün uğurlu olsun. Qərar İstanbulumuz üçün xeyirli və gözəl nəticələrə səbəb olsun inşallah".