Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) Ali Seçki Komissiyasının (YSK) İstanbul böyükşəhər bələdiyyə sədri seçkisini ləğv etməsi və yenidən təşkili ilə bağlı qərarını müzakirə etmək üçün toplantı keçirib.

Unikal.org-un Türkiyə mətbuatınba istinadən verdiyi xəbərə görə, Həmin toplantıya Əkrəm İmamoğlu da qatılıb. O CHP millət vəkillərinin dəvət ilə gəlib.

CHP sədri Kamal Kılıçdaroğlu “Çox gözəl şeylər olacaq. Heç kim narahat olmasın. Bu ölkəyə demokratiyanı gətirəcəyik. Mübarizəmiz demokratiya üçün olacaq” deyə bildirib.