YSK-nın İstanbul Bələdiyyə seçkilərini ləğv etməsindən sonra Əkrəm İmamoğlu “Artıq hər kəs danışacaq, sənətçilər də danışacaq” çağrışın" çağrışı edib. 

Unikal.org xəbər verir ki, İmamoğlunun çağrışına sənətçilər və digər sahədə tanınan şəxslər biganə qalmayıb Sosial şəbəkədəkəi #herşeygüzelolacak haştaqı ilə paylaşım edib ona dəstək olublar. 

Müğənni Tarkan: “Ötən gecə gözümə yuxu girməyib. Gəl, gör ki, sabah üfüqdən doğulan işıq həmişəkindən daha parlaqdır. Anladım ki, #herşeygüzelolacak”. 

Yeni Türkü rok qrubunun yaradıcısı  Derya Köroğlu

“Gözəl günlər görəcəyik uşaqlar, Günəşli günlər görəcəyik #herşeygüzelolacak”. 

Aktrisa Ceyda Düvənci:  “Qul haqqı yeyildimi? Yeyildi. Axmaq yerinə qoyulduqmu? Bəli. İnsan olaraq da, müsəlman olaraq da nəfəssiz qaldım”. 
Aktyor Emre Kınay: “O, İstanbulun seçilmiş bələdiyyə başçısıdır! Hamımız eyni yerdə idiki! Mən də namizəd idim, məğlub oldum, qalibi təbrik etdik. Məğlub olanlar oldu! Binali Yıldırım məğlub oldu! Əkrəm İmamoğlu qalib oldu! Hamısı doğru, Ak Partiyanın məclis üzvlükləri orada idi, heç bir qaydalara zidd, hiylə yox idi. Muxtar, məclis seçimlərində hiylə yoxdur, İstanbul bələdiyyə sədrliyi seçkilərində hiylə var, elə?
Kimsə axmaq deyil! Bu millətə əylənməyin! Əgər dediyiniz kimidirsə, bu işin məsulu olan daxili işlər naziri bir an əvvəl vəzifəsindən azad edilməlidir! 
Seçkilər yenidən keçiriləcəksə BMT-nin nəzarətinə müraciət edin. Çünki o seçkiyə, seçkinin nəticəsinə,qaydalarına, bu iqtidarın hakim olduğu heç bir sahəyə etibar yoxdur!  Demokratiya YSK əliylə, alınan əmrlərləl təxirə salınmışdır. Bu Türk demokratiyası üçün utanc günü! Eyni zərfdə öz çıxdığında sevinən, başqası çıxdığında çirkinləşənlərin bizi dünyaya rəzil etdiyi gündür!”. 

Müğənni Yalın: “Hər şey çox gözəl olacaq. Gedib yenə səsimizi verərərik”.

Rokçu Gökhan Özoğuz: “İstəbilən tək şey Haqq, hüquq, ədalət və Hərşye çox gözəl olacaq”.

Müğənni Mabel Matiz: “Haqsızlığa qarşı eyni inanc və sevgiylə, bir daha hər şey gözəl olacaq”.

Jurnalist, xəbər aparıcısı Uğur Dündar: “Sizin də eyni şeyi gözlədiynizi bilirəm. AKP Ekrem İmamoglu 'nun Türkiyənin yeni və ümid verən lideri olması üçün müdhiş şəkildə çalışır!”. 

Aktyor Bülent Emran Parlak: “Biz İstanbul Böyükşəhər Bələdiyyəsi sədri olsun istədik, siz məcburən prezident olsun istəyirsiniz. Siz bilərsiniz”. 

Digər məşhurların paylaşımlarını diqqətinizə çatdırırıq: