Rusiya dünən paytaxt Moskvada "9 may" paradına hazırlıqla bağlı təlim keçirilib .

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, gecə və səhər saatlarında keçirilən tankların və digər zirehli maşınların paradı Rusiyanın qarşıdan gələn II Dünya Müharibəsində "Qələbə Günü"nə hazırlıq məqsədi daşıyıb.

Parada hazırlıq təlimində piyada qüvvələri, mexanikləşdirilmiş qüvvələr və hava qüvvələri iştirak edib. 

Təlimdə ən diqqət çəkici anı isə Rus ordusunun qadın əsgərlərinin coşğulu hərəkəti olub. 

Rusiyanın Nasist Almaniyası üzərində qələbəsinin 74-ci ildönümü həmişə olduğu kimi mayın 9-u Qızıl Meydanda böyük hərbi paradla qeyd olunacaq.