Türkiyənin sabiq prezidenti Abdullah Gül Ali Seçki Qurumunun (YSK) İstanbulda seçki nəticələrinin ləğvi qərarına münasibət bildirib.

Unikal.org xəbər verir ki, A.Gül “Tvitter” mikrobloqunda bu qərardan təəssüfləndiyini qeyd edib:

“Konstitusiya Məhkəməsinin 2007-ci ildəki 367 saylı qərarı zamanı nə hiss etmişdimsə, Ali Seçki Qurumunun dünənki qərarında da eyni hisləri yaşadım. Təəssüf, bir arpa boyu qədər məsafə qət edə bilməmişsiniz!”.