Kürdəmir rayonunda traktor aşıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan traktor dönmə əməliyyatı edən zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.