20 May 2019
19 May 2019
Azərbaycanlı evində uşaqlarının yanında güllələndi - ABŞ-da (FOTO)
Azərbaycanlı evində uşaqlarının yanında güllələndi -ABŞ-da (FOTO) KRİMİNAL 09:49 2019-05-08

ABŞ-ın Pensilvaniya ştatındakı Vayomissinq şəhərində 37 yaşlı azərbaycanlı Nail Salamov evində güllələnib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, polisdən bildirilib ki, hadisə dünən gecə, təxminən, saat 22:00 radələrində baş verib. Belə ki, evinə girməyə çalışan iki nəfərə mane olmaq istərkən güllələnib. Hücum edənlərdən biri N.Salamova bibər qazı fışqırdıb, ikinci isə hadisə yerindən qaçmazdan əvvəl atəş açıb. N.Salamov aldığı güllə yarasından bir neçə saat sonra xəstəxanada keçinib. Onun iki uşağı var idi. Evə basqın və törədilən cinayət zamanı uşaqlar evdə, yan otaqda olublar.

Yerli polis rəhbəri N.Salamovun qəsdən öldürüldüyünü düşünür.

Qeyd olunur ki, öldürülən azərbaycanlı heç bir kriminal keçmişə malik olmayıb, bir neçə işdə, o cümlədən yerli banklardan birində işləyib. 


  • Azərbaycanlı evində uşaqlarının yanında güllələndi -ABŞ-da (FOTO)