Sumqayıt şəhərində 35 yaşlı kişi qətlə yetirilib.
Unikal.org “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu iş yerində bıçaqlanaraq öldürülüb.
Faktla bağlı araşdırma aparılır.
12:13 (ƏVVƏL)
***
13:42 (YENİ-2)
FHN-nin Sumqayıt Regional Mərkəzinin binasının qarşısında Emin Vəli oğlunu bıçaqlayan şəxs həbs edildi. Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Şəmsəddin İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qətlin namus üstündə törədildiyi deyilir.