Türkiyə Cumhuriyyət Xalq Partiyasının (CHP)  Ali Seçki Qurumuna (YSK)  müraciət edib.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP 24 iyunda baş tutan millətvəkili və prezident seçkilərinin ləğv olunmasını tələb edib. 

Onlar həmçinin 31 martda İstanbuldakı 39 mahalın seçkisinin də yenilənməsini istəyib. CHP adına şikayəti başqan köməkçisi Muharrem Erkek edib.

Qeyd edək ki, partiyanın YSK nümayəndəsi Hadimi Yakupoğlu seçkinin yenilənməsinin İstanbuldakı 39 rayona da təsir etdiyini, rayon bələdiyyə başçılığı, mahal müşaviri və muxtar seçkilərin bu sandıqlarda keçirildiyini bildirmişdi.