Şəmkir rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

Unikal.org Report"a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

16:30

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmilli kəndi ərazisində baş verib. 

İlkin məlumatlara görə, "Mercedes-Sprinter" markalı sərnişin mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.