Bu gün dumanlı hava səbəbindən baş verən qəzanın səbəbləri aidiyyatı qurum tərəfindən araşdırılır.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, ilkin ehtimala əsasən dumanlı hava şəraiti ilə əlaqədar Şəmkir şəhəri Qaracəmilli avtomobil yolunda minik avtomobili ilə toqquşan və qəzaya uğrayan 20 EA 347 saylı mikroavtobus müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən hər hansı fiziki və hüquqi şəxsə aid deyil.