Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şəhəri üzrə bələdiyyə seçkilərindəki namizədi Əkrəm İmamoğlu sosial şəbəkə vasitəsilə vətəndaşlara müraciət edib.

Unikal.org xəbər verir ki, İmamoğlu 23 iyunda keçiriləcək təkrar seçkilərdə tərəfdarlarına güvəndiyini, yenidən mer seçilməsi üçün vətəndaşların səs verəcəyinə inandığını deyib.

"YSK (Türkiyə Ali Seçki Komissiyası) bir qərar verdi, haqqımızı yedi. Anamızın ağ südü kimi halal olan, qazandığımız seçkini əlimizdən aldılar. Bunları bilirik, amma indi hesablaşmaq vaxtı deyil. Qarşıya baxmaq lazımdır. 23 iyuna hazır olmalıyıq. Vətəndaşlarımızla bütün seçicilərin səslərinə sahib çıxmalıyıq. Hər şey yaxşı olacaq. Əlbəttə, olacaq"