Qusar rayonunda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Köhnə Xudat kəndində qeydə alınıb.

Kənd sakini 1963-cü il təvəllüdlü Savzixanova Əzimə İsaməddin qızı özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.(ona.az)