Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Unikal.org-un ona-ya istinadən məlumatına görə, Surra-Padarçöl kəndləri arasındakı yolda baş vermiş qəzada "VAZ 2106" markalı minik maşını aşıb.

Bildirilir ki, hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Daha 2 nəfər xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb olunub.

Hazırda təfərrüatlar araşdırılır.