Çempionlar Liqasında həftənin futbolçusu və qolu adına namizədlər açıqlanıb.

Unikal.org  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iddiaçılar sırasına 4 oyunçu daxil edilib.

Bunlar İngiltərə "Liverpul"undan Jorjinyo Veynaldum və Trent Aleksander-Arnold, "Tottenhem"dən isə Lukas Moura və Mussa Sissokodur.

Veynaldumun "dubl"u və Aleksander-Arnoldun məhsuldar ötürməsi "Liverpul"a yarımfinalda İspaniya "Barselona"sı üzərində 4:0 hesablı ev, Mouranın "het-trik"i və Sissokonun ötürmələrindəki 84 faiz dəqiqlik "Tottenhem"ə Hollandiyada "Ayaks"la görüşdə 3:2 hesablı səfər qələbəsində yardımçı olub.

Ən yaxşı qol adına isə "Barselona"nın hücumçusu Lionel Messinin "Liverpul"la ilk görüşdə (3:0), Divok Originin ("Liverpul") cavab oyununda (4:0), Hakim Ziyev ("Ayaks) və Lukas Mouranın ("Tottenhem") cavab görüşündəki dəqiq zərbələri namizəd göstərilib. Qaliblər UEFA-nın rəsmi saytında səsvermə yolu vasitəsilə müəyyənləşdiriləcəklər.

Qalib komandalar iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda final matçına çıxacaqlar.