Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki,  bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında Arif Məlikovun vida mərasimi keçiriləcək. 

Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə  Bakı şəhərində anadan olub. Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru olub. “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenlərinə layiq görülüb.