Bu gün Avropa Liqasında 1/2 final mərhələsinin cavab oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, “Arsenal” səfərdə “Valensiya” ilə qarşılaşacaq. İlk oyunda 3:1 hesabıyla qələbə qazanan “topçular”, üstünlüklərini qorumağa çalışacaq. Digər oyunda “Çelsi” doğma azarkeşləri önündə “Ayntraxt”ı qəbul edəcək. Səfərdə Frankfurt təmsilçisiylə qollu bərabərə qalan (1:1) “zadəganlar”, görüşün əsas favoritidir.

Avropa Liqasının finalı mayın 29-u, Bakı Olimpiya stadionunda keçiriləcək.

Avropa Liqası, yarımfinal mərhələsi, cavab oyunları

9 may

23:00 Valensiya (İspaniya) – Arsenal (İngiltərə)
Baş hakim:
 Danni Makkeli (Hollandiya)
İlk oyun – 3:1

23:00 Çelsi (İngiltərə) – Ayntraxt (Almaniya)
Baş hakim:
 Ovidiu Hateqan (Rumıniya) 

İlk oyun – 1:1.