Rusiyanın paytaxtı Moskvada buludlu və dumanlı hava şəraiti ilə əlaqədar olaraq, Qələbə Günü münasibətilə təşkil olunan paradda hərbi hava qüvvələrinin nümayişi təxirə salınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi də təsdiqləyib.

Bildirilib ki, Qızıl meydanda qələbənin 74-cü ildönümü şərəfinə 74 təyyarənin 150-450 metr yüksəklikdə uçuşu nəzərdə tutulmuşdu.