Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus "LİFAN" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında ağaca çırpılıb.
 
Nəticədə, sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Ziya Şahnəzər oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
 
Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla meyit avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.