Bərdə rayonunda mənzildən oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun meşəçilik institutu ərazisində məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib.

Ağdam rayon məcburi köçkünu Xəyalə Məmmədova məxsus fərdi yaşayış evindən naməlum şəxs və yaxud şəxslər 1200 manat pul və qızıl-zinət əşyaları oğurlayıblar.

Hadisə günorta saatlarında mənzildə heç kimin olmadığı bir vaxtda baş verib.

Hadisə ilə bağlı mənzil sahibliyi polisə məlumat verib. Bu istiqamətdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir.