ABŞ Kaliforniyanın Vanderberq aviabazasında “Minuteman III” qitələrarası ballistik raketinin yeni sınağını keçirib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb. Açıqlamada raketin nüvə başlığı olmadığına diqqət çəkilib. “Minuteman III” qitələrarası ballistik raketlə bu raketlərin atmosferə təkrar girişini təmin edən test qurğusunun da sınaqdan keçirildiyi bildirilib.

“Minuteman III”-nün Marşal adaları üzərində 6 min 759 kilometr uçduğu qeyd edilib. Sınağın hər hansı bir ölkəyə və ya regional gərginliyə qarşı həyata keçirilmədiyi vurğulanıb.

Qeyd edək ki, ABŞ mayın 1-də də “Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçirmişdi.