Biləsuvar rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

Uniukal.org "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Səmədabad kəndində qeydə alınıb. 

Məlumata görə, kənd sakinləri 1990-cu il təvəllüdlü Rafiq Mehdiyev və 1992-ci il təvəllüdlü Elton Məmmədov şəxsi münasibətlər zəminində sonuncunun atasına məxsus kafedə münaqişə ediblər. Daha sonra mübahisə tərəflər arasında davaya çevrilib. Nəticədə  R.Mehdiyev E.Məmmədovu kafenin qarşısında sinəsinə 2 bıçaqlayaraq qətlə yetirib. Çoxsaylı bıçaq yaraları alan E.Məmmədov hadisə yerindəcə keçinib.

Hüquq- mühafizə orqanları tərəfindən aparılan tədbirlərlə R.Mehdiyev saxlanılıb.

Saxlanılan şəxs istintaq ilkin ifadəsində bıçağı mərhumu qorxutmaq məqsədi ilə çıxardığını E.Məmmədovun isə bıçaqlamayanı  ağır ifadələrlə təhqir etdiyinə görə qətlə yetirdiyini bildirib. 

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

10:09

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə ötən gecə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Elton Novruz oğlu 2 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin baş verməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.