"Qalatasaray"ın keçmiş futbolçusu Sabri Sarıoğlunun pilot olan hıyat yoldaşı Yağmur Sarıoğlu "instagram" hesabından izləyicilərinin suallarını cavablayıb. 

Unikal.org xəbər verir ki, Yağmur Sarıoğluna izləyicilərindən biri "Ötən gün qəzetlərdə Polo avtomobilinə minərkən fotonuzu gördüm. İflas etdiyiniz deyilirdi. Doğrudur?" deyə soruşub. 

Yağmur Sarıoğlu bu suala belə cavab verib:

"Avtomobildə öndə oturan Sabrinin 25 illik məhəllədən dostudur və avtomobil də onundur. Mətbuat bunu bilərək reytinq xatirinə belə bir xəbər yazıb. Yenə də canları sağ olsun". 

Yağmur Sarıoğluna verilən digər sual onun işi ilə bağlı olub: "Həyat yoldaşınız bu qədər çox qazanır, siz niyə işləyirsiniz? ailənizdən uzaq qalırsınız?". 

Bu suala da futbolçunun həyat yoldaşının cavabı gecikməyib: ''Həyat yoldaşımın qazancı onun alın təridir, mənim qazancım, mənim alın tərimdir".