Milli komandanın və “Qarabağ”ın oyunçusu Mahir Mədətov soyadını rəsmən dəyişdirib. Unikal.org xəbər verir ki, o yeni aldığı şəxsiyyət vəsiqəsində atasının soyadı və adından imtina edib.

Onun soyadı "Əmrəli", ata adı isə "Mahir" olaraq qeyd olunub. Vəsiqədə ata adının yerində babasının adıdır.

Qeyd edək ki, Mahirin  atası Anar Mədətov anasından rəsmi şəkildə boşanmadan başqa bir xanımla nişanlanıb. Atasının anasıyla ayrılmasına etiraz əlaməti olaraq o atasından və onun soyadından imtina edib.