At yarışlarının ən yaxşı atı hesab edilən "Frankel"in qiyməti açıqlanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hazırda onun dəyəri 110 milyon avro olduğu bildirilib. İlk dəfə 20 oktyabr 2012-ci ildə pistə çıxan "Frankel" indiyədək keçirdiyi 14 yarışın hamısını ilk sırada bitirib. 

Mütəxəssislərin performansına görə 140 handikap xalı verdiyi "Frankel" yarış tarixinin gəlib-getmiş ən yaxşı atı hesab olunur. Onun sahibi Səudiyyə Ərəbistanı şahzadəsi Halid Abdullahdır. 

O atın sayəsində Prens Abdullah hər yarışdan 3 milyon sterlinə (təxm: 5 milyon dollar) yaxın qazanıb.