Son olaraq Yunanıstanın “Olimpiakos” klubunda forma geyinən Yaya Ture karyerasını bitirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçinin meneceri Dmitri Selyuk məlumat yayıb. Rusiya mətbuatına açıqlama verən Selyuk, Turenin karyerasını bitirdiyini və növbəti mövsümdən köməkçi-məşqçi kimi fəaliyyət göstərəcəyini deyib.

Karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinən Turenin son iş yeri “Olimpiakos” olub. Yarımmüdafiəçi, 2018-ci ilin dekabrından klubsuz idi.