Şəmkirdə yeniyetmə oğlan velosiped sürərkən yıxılıb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kındində qeydə alınıb.

Belə ki, həmin kəndə yaşayan 16  yaşlı Nizami Qasımov velosipedlə hərəkətdə olan zaman dərəyə yıxılıb. Nəticədə o yaralınıb. Ağır bədən xəsarətləri alan yeniyetmə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Onun vəziyyəti ağır olduğundan xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib və dərhal əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.