Bakının Heydər Əliyev, Şah İsmayıl Xətai prospektləri ilə Yusif Səfərov keçəsinin kəsişməsində iritonajlı yük avtomobili qəza törədib.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a bildirilib ki, bu səbəbdən də hazırda Heydər Əliyev prospektində şəhər istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

"Həmin istiqamətdə hərəkət edən sürücülərdən bunu nəzərə almalarını xahiş edirik", - deyə məlumatda qeyd edilib.