Əməkdar artist Röya Ayxan "Zaurla Günaydın" verilişinin qonağı olarkən maraqlı açıqlama verib. 

Unikal.org xəbər verir ki, müğənni uşaqlıq sevgisindən danışıb. O, deyib ki, uşaqlıqda xalq artisti Rasim Balayevi sevirmiş:

"Rasim Balayevi sevirdim. Elə bilirdim ki, böyüyəndə ona ərə gedəcəm. İndi də seriallarda sevdiklərim var. "Halka"ya və "Çukur"a baxıram. "Çukur"dakı Salih obrazını sevirəm".