Toy karvanında qəza olub. Hadisə Gürcüstanda Xaşuri-Borjomi yolunda baş verib.

Unikal.org Gürcüstan mətbuatına istinadən xəbər verir ki, toy karvanında olan iki avtomobil bir-biri ilə toqquşub. Bildirilir ki, həmin şəxslər sürət həddini aşmaqla yanaşı, avtomobillə müxtəlif tryuklar edirmiş. Qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Yaralıların 6-sı Xaşuri Mərkəzi Xəstəxanasına yerləşdirilib. 2-si isə müayinə edildikdən sonra evə buraxılıb. Onların əksəriyyəti 18 yaşa qədər olan şəxslərdir. 

Faktla bağlı istintaq davam edir.