Pakistanda 5-ulduzlu "Pearl Continental" mehmanxanasına hücum edilib. Hadisəni törədənlər bir neçə şəxsdən ibarət qruplaşma olub. 

Unikal.org-un xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə ölkənin Belucistan vilayətinin Qvadar şəhərində baş verib. Bildirilir ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin nümayəndəsinin ölüb.

Ölkə ordusunun məlumatına görə, hal-hazırda ərazi mühasirəyə alınıb:

"Təhlükəsizlik xidmətlərimiz rayonu bloklaşdırıb və mehmanxananın üst mərtəbəsinə aparan pilləkəndə terrorçuları mühasirəyə alıb".

Ehtimal olunur ki, hotelə 3-4 terrorçu daxil olub. Xəbərdə bildirilir ki, hoteldə 70-ə yaxın insan var, onlardan 40 nəfərin Çin vətəndaşıdır.