34-dan çox məhbus həbsxanadan qaçıb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə İndoneziyanın Sumatra adasında yerləşən Siak-Sri-İndrapura şəhərində qiyamdan sonra baş verib. 

Qiyama səbəb polisin məhbuslardan birini həbsxanada narkotik istifadə etdiyinə görə saxlaması olub. Buna görə də məhbuslar həbsxananı yandırıblar və təhlükəsizlik xədmətinin əməkdaşlarını daşlayaraq qaçmağa nail olublar.

Həbsxanada baş verən yanğın söndürülüb və məhbuslar təxliyə edilir.

Polis rəisi Ahmad David hadisə ilə bağlı açıqlama verib: "Məlumatımıza görə, 495 məhbus hələ də həbsxanadadır, biz 119 nəfəri təxliyə etmişik".