Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində medal qazanıb.

Unikal.org xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan Zelim Kotsoyev bürünc medala sahib olub. 

O, 3-cü yer uğrunda görüşdə Otqonbatar Lxaqvasurenə qalib gəlib. Kotsoyev qələbəni qızıl xalla əldə edib.