İspaniya La Liqasında XXXVII turun oyunları keçirilib.

Unikal.org xəbər verir ki, bütün qarşılaşmalar eyni vaxtda baş tutub.

Çempionluğu öncədən təmin edən “Barselona” öz meydanında “Xetafe”ni iki cavabsız qolla məğlub edib. Gümüş mükafatçı “Atletiko” ilə “Sevilya”nın oyununda da eyni sayda qol vurulsa da, qalib müəyyənləşməyib – 1:1.

Mövsümü 3-cü sırada bitirəcəyi dəqiqləşən “Real” isə turu məğlubiyyətlə bitirib. Madridlilər “Real Sosyedad”a uduzublar.

Qeyd edək ki, La Liqada sonuncu – XXXVIII turun oyunları mayın 18-də keçiriləcək.