İspaniyada keçirilən "Formula 1" yarışlarının qalibi məlum olub.

Unikal.org xəbər verir ki, "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton İspaniya Qran-Prisində birinci yerə çıxıb. 

Onun komanda yoldaşı Valtteri Bottas ikinci sırada yer alıb. "Red Bull" komandasının pilotu Maks Ferstappen isə yarışı üçüncü pillədə başa vurub. 

Qeyd edək ki, "Formula 1" yarışlarının növbəti mərhələsi 24-26 may tarixlərində Monakoda keçiriləcək.