Meydan TV-nin keçmiş rəhbəri Emin Milli dövlət başçısı İlham Əliyevdən sosial şəbəkə vasitəsilə üzr istəyib. 

Unikal.org  xəbər verir ki, E.Milli sosial şəbəkədə paylaşdığı statusunda dövlət başçısından, hökumət nümayəndələrindən və digərlərindən nifrət ifadə etdiyinə görə üzr istədiyini bildirib: 

"Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik. Hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək. Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək. İlham Əliyev Əli Kərimlinin pasportunu qaytarsa bu da çox müsbət bir addım olar. Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var. Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə.

Berlində bu kafedə oturmuşam bu köhnə kresloda. Dedim düşündüklərimi hamınızla paylaşım. Adam işsiz olanda çox azad olur, çox rahat olur, düşünməyə də çoxlu vaxtı olur”