“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hərbi pilotlar plana uyğun olaraq, bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.