Auditorlar Palatasının cəmi aktivləri bu il yanvarın 1-nə 432 min manat təşkil edib.

Unikal.org qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18% çoxdur.

Hesabat dövründə Palatanın cəmi öhdəlikləri 37,5% artaraq 44 min manata, cəmi kapitalı isə 16,2% artaraq 388 min manata çatıb.

2018-ci ildə qurumun əməliyyat gəlirləri 774 min manat (2017-ci ilə nisbətən 12,2% çox), o cümlədən üzvlük haqlarından gəlirləri 730 min manat (18,9% çox), ixtisasartırma və imtahan gəlirləri 43 min manat (10,3% çox), qrant və ianələrdən gəlirləri 2 min manat (təxminən 25 dəfə az), əməliyyat xərcləri isə 720 min manat (18,4% az), o cümlədən işçilərə çəkilən xərclər 395 min manat (12,9% çox), ezamiyyə xərcləri 37 min manat (60,9% çox), məlumat və reklam xərcləri 64 min manat (25,5% çox), çap və mətbuat xərcləri 8 min manat (2 dəfə çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 26 min manat (10,3% az), ümidsiz borc xərcləri 53 min manat (77,45% az), amortizasiya və qiymətdən düşmə xərcləri 23 min manat (21,05% çox), rabitə xərcləri 25 min manat (8,7% çox), üzvlük haqqı xərcləri 19 min manat (5,6% çox), audit və peşəkar məsləhət xidmətləri xərcləri 42 min manat (10,5% çox), sair əməliyyat xərcləri 20 min manat (33,3% az), bank xərcləri 4 min manat (təxminən 10% çox), icarə xərcləri 4 min manat (dəyişməyib) olub.

Son nəticədə Auditorlar Palatası ötən ili 54 min manat mənfəətlə başa vurub. Halbuki, Palata əvvəlki ildən 191 min manat zərərlə çıxmışdı.